“Roma”nın sabiq baş məşqçisi və əfsanəsi Daniele De Rossi A Seriyasında fəaliyyətini davam etdirə bilər.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.
“Torino” “canavarlar”ın keçmiş kapitanı ilə maraqlanır. Komanda uğursuz starta görə (5 oyunda 4 xal və turnir cədvəlində 15-ci yer) baş məşqçi Marko Baronini istefaya göndərməyi nəzərdən keçirir.
De Rossi ilə yanaşı, bu vəzifəyə sonuncu klubu “Palermo” olan Alessio Dionisi də əsas namizədlərdəndir.