RU

Kats: "Qəzza mühasirəyə alınıb"

Bu sözləri İsrailin müdafiə naziri İsrael Kats yerli mətbuataaçıqlamasındadilə gətirib. Vurğulayıb ki, hazırda hərbçilər şəhərin cənubunu nəzarətə götürüblər. Onun sözlərinə görə, bu, zolağın faktiki cəhətdən şimal və cənub hissələrə bölünməsi deməkdir.

"Beləliklə, şəhərin ətrafındakı mühasirəni gücləndirmişik. Artıq şəhərdən cənuba doğru istənilən hərəkət İsrail Ordusunun nəzarət-buraxılış məntəqələrindən asılıdır. Bu vəziyyət HƏMAS terrorçuları üçün axırıncı fürsətdir. Bütün əsirlər azadlığa çıxmadıqca, müharibəni qurtarmadıqca, terrorçular silahı yerə qoymadıqca əməliyyatları dayandırmayacağıq",- nazir vurğulayıb.
Axios:"Vasitəçilər HƏMAS-ı müharibəyə son qoymağa çağırırlar"

İsrael Katsın bu çıxışı ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülmüş atəşkəs planına iranyönümlü HƏMAS terror təşkilatından cavab gözlənməsi fonunda baş verib. Hazırda bütün tərəflər, o cümlədən vasitəçilər (Qətər, Misir və Türkiyə) təşkilatın planla razılaşıb müharibəni başa çatdırmaq istiqamətində addım atacağını gözləyir.

Firudin Həmidli
AzVision.az
Избранный
28
1
azvision.az

2Источники