RU

Uşaqlarda xroniki yorğunluq — mif, yoxsa reallıq?

Bakı. Trend:

Uşaqlarda da xroniki yorğunluq sindromu müşahidə oluna bilər.Lakin bu, böyüklərlə müqayisədə daha nadir haldır.

Trendxəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyininmütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.

Onun sözlərinə görə, bu sindrom davamlı və səbəbi izah olunmayanyorğunluqla xarakterizə olunur, ən azı altı ay davam edir vəistirahətlə tam aradan qalxmır:

“Uşaqlarda bu vəziyyət gündəlik həyat fəaliyyətlərinə, məktəbədavamiyyətə və dərs oxumağa ciddi təsir göstərə bilər. Ən çox rastgəlinən əlamətlər arasında gücsüzlük, diqqət və yaddaşda zəifləmə,baş, əzələ və oynaq ağrıları, yuxu pozuntuları və infeksiyalardansonra vəziyyətin daha da pisləşməsi qeyd olunur. Səbəbləri tamdəqiqləşdirilməsə də, infeksiyalardan sonra yaranması, immunsistemində dəyişikliklər, stres və yuxu rejimində pozuntularlaəlaqələndirilir”.

Nazirliyin mütəxəssis-ekspert bildirib ki, diaqnozun qoyulmasıçətindir, çünki oxşar əlamətlər dəmir çatışmazlığı, qalxanabənzərvəzin xəstəlikləri və ya psixoloji problemlərdə də müşahidə olunabilər:

“Müalicəsi əsasən simptomların yüngülləşdirilməsi, həyattərzinin yaxşılaşdırılması, düzgün yuxu və qidalanma rejiminintənzimlənməsi, həmçinin psixoloji dəstək üzərində qurulur”.

Избранный
24
7
az.trend.az

8Источники