RU

İRİA: Naxçıvandakı innovasiya mühitinin ekosistemin inkişafına böyük töhfəsi olacaq

"Bu gün Naxçıvan Dövlət Universitetinin və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birlikdə apardığı fəaliyyət nəticəsində təsis edilmiş İnnovasiya Mərkəzinin açılışını qeyd edirik. Bu, bizim agentliyin dəstəyi ilə üçüncü bu tipli innovasiya mərkəzidir. Bundan öncə Bakı və Sumqayıt şəhərlərində oxşar formatlı mərkəzlər təsis edilib. Sevindirici haldır ki, bu gün biz Naxçıvan şəhərində bu mərkəzin açılışını icra edirik".

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev deyib.

O qeyd edib ki, mərkəz həm prototipləşdirmə labarotoriyası, həm də innovasiya mərkəzi funksiyalarını icra edəcək. Belə ki, burada iki komputer otağı təsis edilib. Bununla yanaşı, 6 prototipləşdirmə istiqamətli laboratoriya otaqları hazırlanıb, burada 3D printerlər, SNS avadanlıqları və daha çox hardwere startapların və lahiyyələrin prototipləşdirmə işlərini icra edilməsi üçün lazım olan texniki təchisatlar təchiz edilib. Mərkəz istər inovasiya istiqamətində, istər texnologiya istiqamətində bir çox proqramlara və lahiyyələrə ev sahibliyi etməyi planlaşdırılır. Artıq burada bir neçə inkubasiya proqramlarının demodelləri, vitat, şəbəkələşmə görüşləri keçirilib. Təbii ki, sonraki dövr üçündə geniş miqyaslı bir fəaliyyət planımız mövcuddur.

"Düşünürük ki, bu regionlarımızın inkişafında xüsusən də inovasiya mədəniyyətin formalaşdırılmasında startarp quruculuğunda, sahibkarlığın inkişafına çox böyük töhvə verəcək. Yəni ideyası olan hər bir gəncimiz, tələbəmiz və üniversitetdən kənar fəaliyyət göstərən istənilən hər bir şəxs öz ideasını gerçəkləşdirmək üçün burada ona lazım olan dəstəyi əldə edəcəkdir. Lazım olan iş mühiti ilə tanış olub öz işlərini icra edə biləcəkdir. Bu tipli mərkəzlər ümumilikdə beynəlxalq praktikadada çox böyük effekt təşkil edir. Biz inanırıq ki, burada da eyni nəticələri qısa zamanda Naxçıvandakı innovasiya mühiti ekosistemin inkişafına çox böyük töhfəsi olacaq" - deyə, Elvin Hacıyev əlavə edib.

Избранный
35
4
apa.az

5Источники