RU

“Tanrının Otağı” filmi beynəlxalq əməkdaşlıqla istehsal olunacaq

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ziya Ağanın baş prodüseri olduğu AR Mədəniyyət Nazirliyi və AR Kino Agentliyinin 2025-ci il üzrə “Dövlət Dəstəyi ilə İstehsal Ediləcək Film Layihələri” müsabiqəsinə təqdim etdiyi “Tanrının Otağı” filmi beynəlxalq uğur qazanıb.

Bakupost.az xəbər verir ki, layihə yaradıcılarının verdiyi məlumata görə, film Türkiyənin tanınmış prodüseri Semih Sacaklı və onun TULPAR Film şirkəti ilə birgə istehsal ediləcək. Bu əməkdaşlıq filmin beynəlxalq satışına, distribusiyasına və nüfuzlu festivallara çıxışına geniş imkanlar yaradacaq. Çəkilişlərin Türkiyədə, eləcə də Avropanın bəzi ölkələrində – Moldova və Rumıniyada – aparılması planlaşdırılır.

Bundan əlavə, Mojo Prodüksiyon və Serkan Semiz ilə post-production mərhələsində 15 030 avro məbləğində dəstək müqaviləsi imzalanıb.

Dramatik məzmunlu filmdə münaqişə zamanı Yerevandan köçən azərbaycanlı ana və qızın, Bakıda isə erməni ailəsinin evlərini dəyişməsi fonunda iki xalqın nümayəndələrinin birgə yaşamağa məcbur qalması təsvir olunur. Qan və düşmənçilik divarlarının kölgəsində tənha qalan iki qadın zamanla birgə yaşamağın yolunu axtarır.

Filmin quruluşçu rejissoru Qulu Əsgərov, Ssenari müəllifi Nicat Dadaşov, Görüntü rejissoru Daniel Quliyev,Quruluşçu rəssam Vuqar Qurbanovdur.

Filmin ssenari müəllifi Nicat Dadaşov bildirib ki, “Tanrının otağı” əslində hər bir insanın daxilindədir – bu, vicdanla üz-üzə qaldığı, nifrət və insanlıq arasında seçim etdiyi andır. Onun sözlərinə görə, 8 avqustda ABŞ-da Azərbaycanla Ermənistan arasında imzalanmış Sülh Sazişi mühüm sual ortaya qoyub: “Birgə yaşayış mümkündürmü? Bu suala cavabı indi axtarmağın vaxtıdır!”

Ayxan, Bakupost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
www.bakupost.az

1Источники