RU

Urmiya gölünün ətraf vilayətləri təxliyə edilə bilər

Bakı. Trend:

İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan və QərbiAzərbaycan vilayətlərinin arasındak - Urmiya gölünün ətrafındayaşayan insanların təxliyəsinə başlanılır.

Trend-inməlumatına görə, bunu İranın Su Sənayesi Federasiyasının RəyasətHeyətinin rəhbəri Rza Hacıkərim yerli mediaya açıqlamasındadeyib.

Onun sözlərinə görə, hazırda Urmiya gölündə duz qasırğasıbaşlayıb. Duz qasırğası və Günəş şüasına görə, istilik dərəcəsiartır. Bütün bunlar Urmiya gölünün qurumasının mənfinəticələridir.

Hacıkərim deyib ki, Urmiya gölünün quruması bölgədə həyatı vəekologiyanı məhv etmək üzərədir. Bu, hələ başlanğıcdır.

Federasiya rəhbəri qeyd edib ki, hazırda Urmiya gölü sanki ölümayağında olan xəstəyə bənzəyir. Dərhal qabaqlayıcı addımlaratılmalıdır.

“İran Urmiya gölünün xilası üçün beynəlxalq həll yollarındanistifadə etməlidir. Urmiya gölünün ətrafında 31 min hektartəsərrüfat ərazisində yonca əvəzinə srateji məhsullar əkilərsə,ərzaq təhlükəsizliyindən əlavə gölün təxminən 475 milyon kubmetrsuyuna qənaət etmək olar. Eyni zamanda gölün ətrafında almabağlarının salınması tamamilə dayandırılmalıdır”, - deyə obildirib.

Qeyd edək ki, 2 avqust 2025- ci il tarixində yayımlananstatistikaya əsasən, Urmiya gölündə su səviyyəsi 1269 metr təşkiledib. Səviyyənin son dövrdə 50 santimetr azaldığı bildirilir.

Избранный
61
1
az.trend.az

2Источники