RU

Naxçıvan İnnovasiya Mərkəzi həm prototipləşdirmə laboratoriyası, həm də innovasiya mərkəzi funksiyalarını icra edəcək

Naxçıvan, 1 oktyabr, AZƏRTAC

Bu gün Naxçıvan Dövlət Universitetinin və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birlikdə apardığı fəaliyyət nəticəsində təsis olunmuş İnnovasiya Mərkəzinin açılışını qeyd edirik. Bu, bizim agentliyin dəstəyi ilə üçüncü belə innovasiya mərkəzidir. Bundan öncə Bakı və Sumqayıt şəhərlərində eyni formatlı mərkəzlər təsis edilib. Sevindirici haldır ki, bu gün də Naxçıvan şəhərində mərkəzin açılışı icra edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev deyib.

O qeyd edib ki, mərkəz həm prototipləşdirmə laboratoriyası, həm də innovasiya mərkəzi funksiyalarını icra edəcək: “Belə ki, burada iki kompüter otağı təsis edilib. Bununla yanaşı, 6 prototipləşdirmə istiqamətli laboratoriya otaqları hazırlanıb, 3D printerlər, SNS avadanlıqları və daha çox “hardwere” startapların və layihələrin prototipləşdirmə işlərinin icrası üçün lazım olan texniki təchizatlar təmin edilib. Mərkəz istər innovasiya istiqamətində, istərsə də texnologiya istiqamətində bir çox proqrama və layihələrə ev sahibliyi edə biləcək. Artıq burada bir neçə inkubasiya proqramı, demodellər, vitat, şəbəkələşmə görüşləri keçirilib. Təbii ki, sonrakı dövr üçün də genişmiqyaslı fəaliyyət planı mövcuddur”.

Onun sözlərinə görə, bu mərkəz regionların inkişafında, xüsusən də innovasiya mədəniyyətinin formalaşdırılmasında, startap quruculuğunda sahibkarlığın inkişafına çox böyük töhfə verəcək. “Yəni, ideyası olan hər bir gəncimiz, hər bir tələbəmiz və universitetdən kənar fəaliyyət göstərən istənilən şəxs öz ideyasını gerçəkləşdirmək üçün burada lazımi dəstəyi əldə edəcək. Həmçinin burada bizim universitetin ən məhsul şəxslərindən mentorluq və təlim dərsləri alacaq. Bu mərkəzlər, ümumilikdə, beynəlxalq praktikada da çox böyük rol oynayır. İnanırıq ki, mərkəzin yaxın illərdə Naxçıvandakı innovasiya ekosisteminin inkişafına çox böyük töhfəsi olacaq", - deyə Elvin Hacıyev əlavə edib.

Избранный
28
4
azertag.az

5Источники