Azərbaycana rəsmi səfəri çərçivəsində İtaliya Prezidenti Sercio Mattarella oktyabrın 1-də Şəhidlər xiyabanını ziyarət edib.
Senzor.az bildirir ki, ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.