RU

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 69-a çatdı

Filippinin Sebu əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 69-a çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABS-CBN News məlumat yayıb.

Məlumata görə, 147 nəfər zərər çəkib. Yerli hakimiyyət orqanları əyalətin şimal hissəsində bəzi binaların yeraltı təkanlar nəticəsində dağıldığını bildirib.

Sebu əyalətində fövqəladə vəziyyət elan edilib. Qurbanların əksəriyyəti vilayətin şimal hissəsində 90 min əhalisi olan Boqo şəhərində, həmçinin San-Remicio və Medellin bələdiyyələrində ölüb. Yaralıların sayının çox olması səbəbindən onlar vilayətin cənubundakı Sebu şəhərindəki tibb müəssisələrinə aparılır.

Ölkə prezidenti kiçik Ferdinand Markos bildirib ki, bir neçə dövlət qurumu infrastrukturun təmiri və region əhalisinə yardımın göstərilməsi ilə məşğuldur, Yanğından Mühafizə Bürosunun əməkdaşları isə axtarış-xilasetmə işləri aparır.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu zəlzələnin episentrinin Sebu əyalətinin Boqo şəhərindən 20 kilometr şimal-şərqdə, beş kilometr dərinlikdə yerləşdiyini bildirib.

Избранный
74
operativmm.az

1Источники