Təzyiqdən şəkər xəstəliyinə, ürək xəstəliklərindən mövsümi xəstəliklərə qədər bir çox sağlamlıq problemlərinin dərmanı olan qurudulmuş xırnik şəfa mənbəyidir. Sağlamolun.az xəbər verir ki, bu barədə türkiyəli herbalist (bitkilərlə müalicə üzrə məlumatlı şəxs - red.) Koray Özkılıç danışıb. Koray Özkılıçın sözlərinə görə, qurudulmuş cənnət xurması (xırnik) lif baxımından çox zəngin olduğu üçün pəhriz yeməkləri siyahısında üstünlük verilən qidalardandır. Həmçinin qış aylarında xəstəliklərə qarşı immunitet sisteminin gücləndirilməsində faydalıdır.Saglamolun.Az