RU

Azərbaycan millisinin baş məşqçisi: Məsuliyyətimizi hiss edirik

QƏBƏLƏ, 1 oktyabr. TELEQRAF

“İdmançılarımızın III MDB Oyunlarındakı nəticələrindən razı deyiləm”.

Teleqraf xəbər verir ki, bunu badminton üzrə Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvi jurnalistlərə açıqlamasında deyib.

O, heyətdə zədəli badmintonçuların olduğunu söyləyib: “Heyətdə zədəli idmançımız var və bu komanda yarışlarındakı nəticəyə təsir göstərir. Ötən gün yarımfinala yüksələrək Rusiyaya rəqib olduq. Rusiya və Belarus yarışların favoriti hesab olunurlar. Amma biz də yaxşı hazırlaşmışıq. Məsuliyyətimizi hiss edirik. Ümid edirəm ki, Rusiya ilə görüşdə gücümüzü göstərə biləcəyik”.

Избранный
49
teleqraf.com

1Источники