Bu barədə Qazaxıstanın Atom Enerjisi Agentliyinin sədri Almasadam Sətkaliyev yerli mətbuataməlumatverib. O diqqətə çatdırıb ki, AES-in tikintisi ölkədə 2050-ci ilədək uran sənayesinin inkişaf strategiyası layihəsi çərçivəsində həyata keçiriləcək. Bu baxımdan Kurçatov şəhərinin ərazisi stansiya üçün perspektivli yer sayılır.
"Milli Nüvə Mərkəzi beynəlxalq mütəxəssislərin köməyi ilə adıçəkilən şəhərdə AES tikintisinin mümkünlüyünü müfəssəl qiymətləndirərək təsdiqləyib. Hazırda hökumətin planları və proqnozlaşdırılan enerji balansı fonunda müvafiq hesablamalar hazırlanır",- sədr bildirib.
Almasadam Sətkaliyevin sözlərinə görə, stansiyanın tikintisi üçün yerin yararlılığı ilə əlaqədar Beynəlxalq Atom Enerjisi Agentliyindən (BAEA), habelə yerli və xarici mütəxəssislərdən müvafiq razılıq alınıb. Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kurçatovda AES-in tikintisi çərçivəsində elm şəhəri planının hazırlanmasına göstəriş verib.
Firudin Həmidli
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта