RU

Qurbanov və Neestrupun ÇL gündəliyi

ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ” bu gün Çempionlar Liqasında Liqa mərhələsinin II turunda “Kopenhagen”i qəbul edəcək.

Futbolpress.az-ın məlumatına görə, bu, “atlılar”ın baş məşqçisi Qurban Qurbanov turnirin əsas mərhələsində 8-ci oyunu olacaq. Qurbanovun komandası buna qədər 7 görüşdə 1 qələbə qazanıb, 2 heç-heçə edib, 4 dəfə uduzub. “Qarabağ” onun rəhbərliyi altında turnirdə 5 xal toplayıb. Vurulan qollar 5, buraxılan isə 16-dır.

“Kopenhagen”in çalışdırıcısı Yakub Neestrup üçünsə bu görüş ÇL-in əsas mərhələsindəki 14-cü matç olacaq. Danimarkalılar buna qədər 13 oyunda 2 qələbə qazanıb, 5 heç-heçə edib, 6 dəfə uduzub. Ümumi 11 xal toplayan “Kopenhagen” 13 qol vurub, 25-ni buraxıb.

Maraqlıdır ki, Qurbanov əsas mərhələdə ilk oyunda İngiltərənin “Çelsi” klubuna 0:6, “Kopenhagen” isə “Mançester Siti”yə (İngiltərə) 0:5 hesabıyla uduzub.

Bu gün keçiriləcək “Qarabağ” – “Kopenhagen” oyununa saat 20:45-də start veriləcək.

Qurbanovlu “Qarabağ” ÇL-də:

Benfika – Qarabağ 2:3

Roma – Qarabağ 1:0

Qarabağ – Çelsi 0:4

Atletiko – Qarabağ 1:1

Qarabağ – Atletiko 0:0

Qarabağ – Roma 1:2

Çelsi – Qarabağ 6:0

Neestrupun “Kopenhagen”i ÇL-də:

Kopenhagen – Bayer 2:2

Mançester Siti – Kopenhagen 3:1

Kopenhagen – Mançester Siti 1:3

Kopenhagen – Qalatasaray 1:0

Bavariya – Kopenhagen 0:0

Kopenhagen – Mançester Yunayted 4:3

Kopenhagen – Bavariya 1:2

Mançester Yunayted – Kopenhagen 1:0

Qalatasaray – Kopenhagen 2:2

Kopenhagen – Borussiya Dortmund 1:1

Sevilya – Kopenhagen 3:0

Kopenhagen – Mançester Siti 0:0

Mançester Siti – Kopenhagen 5:

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
54
1
futbolpress.az

2Источники