RU

COP29 prezidenti Azərbaycanın iqlim gündəliyinin prioritetlərini açıqlayıb

Bakı. Trend:

Fermerlərə, kənd icmalarına dəstək və Xəzər dənizi ekosistemininmühafizəsi Azərbaycanın iqlim gündəliyinin əsas mövzuları olub.

Trend xəbər verirki, bunu COP29-un prezidenti, Azərbaycan Respublikası Prezidentininiqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev Bakı İqlimFəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində çıxışı zamanıbildirib.

O qeyd edib ki, kənd təsərrüfatı iqlim dəyişiklikləri qarşısındaən həssas sahələrdən biridir və su ehtiyatları ilə Xəzərin ekolojiproblemləri təcili diqqət tələb edir.

Muxtar Babayevin sözlərinə görə, Azərbaycan tərəfindən irəlisürülmüş su və iqlim fəaliyyətlərinə dair COP29 Bəyannaməsinə artıq60-dan çox ölkə qoşulub. Bu təşəbbüs çərçivəsində beynəlxalqəməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş Su və İqlim üzrə BakıDialoqu işə salınıb.

COP29 prezidentinin sözlərinə görə, Xəzər dənizində susəviyyəsinin sürətlə aşağı düşməsinə xüsusi diqqət yetirilir və buməsələ gözlənilməz nəticələri olan ekoloji fəlakətə çevrilə bilər.Bu səbəbdən Azərbaycan Xəzəryanı dövlətləri daha sıx əməkdaşlığaçağırır və problemin həlli üçün BMT ilə birgə işləməyə hazırolduğunu bəyan edir.

O bildirib ki, Azərbaycan kənd təsərrüfatı sahəsində “Bakı –fermerlər üçün harmoniya və iqlim” adlı təşəbbüsə start verib. Butəşəbbüs dəstək proqramlarını vahid platformada birləşdirir ki, buda fermerlərə lazım olan yardımı daha asan tapmağa, siyasətçilərəisə maliyyələşmədəki boşluqları müəyyənləşdirməyə imkanverəcək.

Məqalədə:
Избранный
64
3
az.trend.az

4Источники