RU

Zaur Mikayılov: "2030-cu ilə qədər Azərbaycanın içməli suya tələbatının 90 %-i ödəniləcək"

2030-cu ilə qədər Azərbaycanın içməli suya tələbatının 90 %-i ödəniləcək.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə bildirib.

Onun sözlərinə görə, 2030-cu ilə qədər kənd təsərrüfatı üçün suvarma tələbatının isə 95 %-i daha səmərəli şəkildə təmin ediləcək.

"2040-cı ilə qədər isə həm içməli su, həm də suvarma üzrə tam əhatəliliyə nail olunacaq. Bu məqsədlərə müasir texnologiyaların tətbiqi, yeni infrastruktur layihələri və səmərəlilik tədbirləri hesabına çatılacaq", - deyə Z.Mikayılov əlavə edib.

Избранный
71
1
missiya.az

2Источники