RU

AA-nın əməkdaşı Nyu-Yorkda hücuma məruz qaldı - Xəstəxanalıq oldu

Anadolu Agentliyinin (AA) baş operatoru Vural Elibol Nyu-Yorkda çəkiliş edərkən İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşlarının hücumuna məruz qalıb.

Bu barədə “TRT haber” məlumat yayıb.

Məlumata görə, o, hücum zamanı yıxılıb və başından ciddi xəsarət alıb.

Hadisədən sonra agentliyin əməkdaşı xəstəxanaya yerləşdirilib.

Şahidlər bildirdilər ki, ICE zabitləri məhkəmə iclasını tərk edən bir immiqrantı liftdə təqib edib. Operator isə insidenti lentə almağa çalışarkən kobud rəftara məruz qalıb.

"Cebheinfo.az" 

Избранный
16
2
cebheinfo.az

3Источники