RU

İsrail humanitar yardım daşıyan gəmiləri batırmaq niyyətindədir

İsrail ordusu Qəzza zolağına humanitar yardımın çatmasının qarşısını almaq üçün Sumud Qlobal Donanmasının gəmilərinə qarşı əməliyyata hazırlaşır.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat dərc edib. 

Məlumata görə, Sumud donanmasının Qəzzadan təxminən 150 dəniz mili uzaqlıqda olduğu və təxminən 50 gəminin "müdaxilə zonasına" yaxınlaşdığı bildirilir.

"İsrail Hərbi Dəniz Qüvvələri Sumud donanmasının əməliyyatlarına müdaxilə etməyə və gəmiləri ələ keçirməyə hazırlaşır", - nəşr yazır.

Donanma fəallarını saxlamaq və daha sonra onları İsrailin cənubundakı Aşdod limanına aparmaq üçün əməliyyat bölgəsinə hərbi dəniz gəmisi göndəriləcək.

Planlara görə, Sumud flotiliyasının gəmilərinin bir hissəsi yedəklə Aşdoda (İsrailin Cənub bölgəsində, Aralıq dənizi sahilində yerləşən şəhər, - red) aparılacaq, digərləri isə batmış ola bilər.

Gülayə Mecid 

Избранный
18
1
unikal.az

10Источники