RU

ABŞ-də hökumət işini dayandırdı

ABŞ-də yeni maliyyə ili konqresin dövlət büdcəsini təsdiqləməməsi fonunda hökumətin fəaliyyətinin qismən dayandırılması ilə başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Məlumata görə, demokratlarla respublikaçılar arasında maliyyələşdirmə layihəsi üzrə razılıq əldə olunmayıb. Bir gün öncə Senat demokratların təklif etdiyi müvəqqəti maliyyələşdirmə qanun layihəsini rədd edib.

KİV yazır ki, bu qərar ölkədə “şatdaun” riskini daha da artırıb. Texas ştatından senator-republikaçı Ted Kruz bildirib ki, federal hökumətin qismən fəaliyyətinin dayandırılması bir neçə həftə davam edə bilər. ABŞ prezidenti Donald Tramp isə hökumətin 1 oktyabr gecəsindən fəaliyyətini dayandıra biləcəyini istisna etməyib və yaranmış vəziyyətdə Demokrat Partiyasını günahlandırıb. Qeyd edək ki, Tramp ikinci prezidentlik müddətində artıq bir dəfə hökumətin fəaliyyətinin dayanması təhlükəsi ilə üzləşmişdi, lakin o zaman şatdaun baş verməmişdi.

Gülayə Mecid 

Избранный
89
50
unikal.az

10Источники