ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna yalnız sentyabr ayında beş yeni sanksiya paketi qəbul edib. Onlar Rusiya hərbi-sənaye kompleksinə yardım edən şəxslərə, “kölgə donanmasına”, enerji sektoruna, təbliğatçılara və müvəqqəti işğal olunmuş Krımda işğalçılara xidmət edənlərə qarşı yönəlib. Ümumilikdə 166 fiziki şəxs və 127 hüquqi şəxs sanksiya siyahısına daxil edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında məlumat paylaşıb.
O bildirib ki, ABŞ, Böyük Britaniya, Kanada, Yaponiya, Avstraliya və Yeni Zelandiyanın da bu ay mühüm sanksiya addımları atdığını vurğulayıb. Onun sözlərinə görə, həmin qərarlarda Ukraynanın təklifləri nəzərə alınıb və artıq tətbiq edilən sanksiyalarla uzlaşdırılıb.
“Avropa İttifaqının 19-cu sanksiya paketinin tezliklə qəbulunu gözləyirik. ABŞ-la da əlavə sanksiya təzyiqi istiqamətində işləyirik. Vaxtı bitən sanksiyaların uzadılması və tərəfdaşlarla sinxronlaşdırma sürətləndirilməlidir”, – Zelenski qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.