RU

Miroşnik: Ukrayna Avropanı Rusiya ilə birbaşa münaqişəyə cəlb etmək istəyir

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi səlahiyyətli səfiri Rodion Miroşnik bildirib ki, Ukrayna Avropanı Rusiya ilə birbaşa münaqişəyə cəlb etmək istəyir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS xəbər agentliyi məlumat verib.

“Ukraynanın, şübhəsiz ki, Avropanı birbaşa münaqişəyə cəlb etmək ambisiyaları var, lakin bu, daha iddialı məqsəddir”, – Miroşnik bildirib.

Onun sözlərinə görə, hazırda Kiyevin qarşısında duran əsas vəzifə — ukrayna büdcəsini dəstəkləmək və Rusiya ilə müharibəni davam etdirmək üçün maliyyə təminatı əldə etməkdir. Miroşnik əlavə edib ki, Kiyev hökumətinin tələb etdiyi məbləğlər hətta böyük bir Avropa büdcəsi üçün də əhəmiyyətlidir.

Избранный
9
nocomment.az

1Источники