Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən yarışları davam edir.
90deqiqe.Az xəbər verir ki, II turda Azərbaycan millisi Küveyt yığması ilə qarşılaşıb. Görüşdən öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Maraqlı və gərgin keçən oyunda Azərbaycan komandası rəqibini 5:0 hesabı ilə məğlub edib.
Turnirin digər qarşılaşmasında isə Özbəkistan millisi Türkiyə üzərində 4:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, 6 ölkənin komandalarının iştirak etdiyi çövkən yarışlarına oktyabrın 7-də yekun vurulacaq.