RU

Millinin baş məşqçisi təyin olunan Ayxan Abbasov "Şamaxı"dan ayrılır?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ayxan Abbasov hələ U-21 milli komandasına baş məşqçi təyin olunan vaxt biz AFFA rəhbərliyi ilə razılaşmışdıq ki, paralel olaraq iki yerdə işini davam edəcək. Bütün bu razılaşmalar qüvvədə qalır. Ən azı bu müqavilə bitənə qədər iş birliyimiz davam edəcək".
Oxu.Az xəbər verir ki, bu sözləri "Teleqraf"a açıqlamasında "Şamaxı" futbol klubunun baş meneceri Kamran İsmayılov deyib.
Klub rəsmisi Abbasovun Azərbaycan milli komandasına baş məşqçi təyin olunmasına münasibət bildirib:
"Ayxan müəllimin milli komandaya baş məşqçi təyin olunması bizi sevindirir. Bizim üçün şərəfdir ki, məşqçimiz həm də yığmada çalışır. Hətta U-21-ə təyin olunarkən də sevinmişdik. "Şamaxı"nın Ayxan Abbasovla mövsümün sonuna qədər müqaviləsi var. Özü də son mətbuat konfransında bildirib ki, ən azı mövsümün sonuna qədər komandada qalacaq. Yəni bu əməkdaşlıq mövsümün sonuna qədər davam edəcək".
Qeyd edək ki, Ayxan Abbasov bu gün Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub. O bu ilin martında U-21 yığmasına baş məşqçi gətirilmişdi.
Избранный
55
50
oxu.az

10Источники