"Arsenal"da yeni müqavilə qeydə alınıb.
QOL.az xəbər verir ki, İngiltərə klubu Villiam Salibanın sözləşməsini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransa millisinin üzvünün yeni müqaviləsi 2030-cu ilin iyununa kimi nəzərdə tutulub.
Qeyd edək ki, 24 yaşlı mərkəz müdafiəçisi bu mövsüm London klubunda 6 rəsmi matça çıxıb və 1 qol ötürməsi edib.