RU

Den Yoşpe: COP30 çərçivəsində davamlılıq və adaptasiya sahəsində maliyyə imkanlarının artırılması vacibdir  

Qlobal iqlim fəaliyyətində əsas hədəf insanların, bizneslərin və icmaların real fayda götürməsini təmin etməkdir.

AZƏRTAC xəbər verir ki, bunu COP30-un yüksəksəviyyəli çempionu Den Yoşpe “Beynəlxalq əməkdaşlıq vasitəsilə iqlim dayanıqlığının təkmilləşdirilməsi” adlı paneldəki videoçıxışı zamanı deyib.

Den Yoşpe bildirib ki, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası çərçivəsində qlobal İqlim Hərəkət Gündəliyi yaradılıb və bu, adaptasiya, mitigasiya və yeni innovasiyaların tətbiqini dəstəkləyir. “Enerji sistemlərinin transformasiyası, meşələrin, okeanların və biomüxtəlifliyin qorunması, kənd təsərrüfatının və ərzaq sistemlərinin inkişafı, şəhər, infrastruktur və su resursları üzrə dayanıqlığın artırılması, həmçinin insan və sosial inkişafın təşviqi prioritet sahələrdir. İqlim dəyişikliyi çağırışlarının təcili xarakteri mövcud həllərin genişləndirilməsini və yeni həllərin yaradılmasını tələb edir”, - deyə o vurğulayıb.

COP30 çərçivəsində davamlılıq və adaptasiya sahəsində maliyyə imkanlarının artırılmasının vacibliyini xüsusi vurğulayan Den Yoşpe qeyd edib ki, adaptasiyaya qoyulan hər 1 dollar investisiya 10 dollar iqtisadi fayda gətirə bilər. Lakin hazırda iqlim maliyyəsinin 5 faizdən azı adaptasiyaya yönəldilir.

COP30-da qlobal inkişaf göstəricilərinin qəbul ediləcəyini bildirən Den Yoşpe insanların iqlim fəaliyyətinin mərkəzində olmasının əhəmiyyətinə toxunub. O deyib ki, davamlılıq yalnız infrastrukturla bağlı deyil, həyatı qorumaq, icmaları gücləndirmək və insanların adaptasiya qabiliyyətini artırmaqdır.

Den Yoşpe, həmçinin 2021-ci ildən etibarən həyata keçirilən “Waste for Climate Resilience” kampaniyasının, okean və bioloji müxtəliflik, dayanıqlı kənd təsərrüfatı və davamlı mənzil sahələri üzrə tərəfdaşlıq təşəbbüslərinin uğurlarını qeyd edib. Bildirib ki, “Ocean Risk Resilience Action Alliance” 45,5 milyon dollar investisiya cəlb edib. “One Planet Business for Biodiversity” 3,6 milyard dollar sərmayə ilə 300 min fermeri əhatə edib, dayanıqlı mənzil layihələri isə 1,3 milyon insanı təhlükəsizliklə təmin edib və 1,5 milyon ton CO2 emissiyasının qarşısını alıb. “Qlobal davamlılıq cəmiyyətin bütün təbəqələrinin liderliyi ilə qurulur. COP30-da adaptasiya və dayanıqlılıq tədbirlərini sürətləndirmək, insanları mərkəzə qoymaq və dayanıqlı gələcək yaratmaq zamanıdır”, – deyə o diqqətə çatdırıb.

Избранный
31
1
azerbaijan-news.az

2Источники