RU

Hacı İsmayılov: Cabirlə rastlaşanda çox mehribancasına görüşərdik

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Onunla rastlaşanda çox mehribancasına görüşərdik. Hər konsertinə, çıxışına məni dəvət edirdilər. Uğurlarına çox sevinirdim. İmkan daxilində o konsertlərdə iştirak edirdim".

Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Hacı İsmayılov əməkdar artist Cabir İmanovla vida mərasimində jurnalistlərə açıqlamasında bildirdi.

Aktyor qeyd edib ki, mərhumla son görüşü elə DTX-nin Mədəniyyət Mərkəzinin qarşısında olub:

"Mədəniyyət nazirinin rəhbərliyi ilə keçirilən görüşdən sonra Teatr Xadimləri İttifaqına gedərkən görüşdük.

"Xeyli söhbətdən sonra birdən dedi ki, sizinlə fotom yoxdur, gəlin bir şəkil çəkdirək. Heç ağlıma gəlməzdi ki, bu bizim sonuncu fotomuz olacaq".

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
2
oxu.az

4Источники