Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.
KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, vida mərasimində mərhumun ailəsi, yaxınları, dostları, sənət yoldaşları iştirak edirlər.
Vida mərasiminin ardınca cənazə Yasamal rayonundakı Qurd qapısı qəbiristanlığına aparılacaq və orada dəfn olunacaq.