RU

Fərhad Bədəlbəyli: Bəzi məmurlar Fikrət Əmirovun, Qara Qarayevin kim olduğunu bilmirlər

BAKI, 30 sentyabr. TELEQRAF

“Musiqi dərsləri formal, quru leksika ilə tədris olunur”.

Teleqraf xəbər verir ki, bunu “Üzeyirin ecazkar dünyası” kitabının təqdimatında Xalq artisti Fərhad Bədəlbəyli səsləndirib.

O bildirib ki, bu forma artıq uşaqlar üçün maraqlı deyil.

“İnformasiyanı maraqlı formada təqdim etmək daha ağıllı yanaşmadır. Artıq köhnə metodlarla dərs keçmək mümkün deyil.

Üzeyir bəyin, Qara Qarayevin əsərlərini uşaqlara düzgün formada çatdırmaq lazımdır. Təəssüf ki, hətta bəzi məmurlar Fikrət Əmirovun, Qara Qarayevin kim olduğunu bilmirlər. Savadsızlıq bizi boğur. Bu təməl uşaqlıqdan, birinci sinifdən formalaşmalıdır”,- o qeyd edib.

Избранный
23
teleqraf.com

1Источники