RU

Üzgüçü Oqtay Hüseynovun şəxsi məşqçisi: İdmançımın uğur qazanması məni qürurlandırır

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Gəncə, 30 sentyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Bütün azarkeşlərimizə təşəkkür edirəm. Başda gənclər və idman naziri Fərid Qayıbov olmaqla, bizə çox dəstək oldular. Bu yarışa çox ciddi şəkildə hazırlaşmışdıq.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında III MDB Oyunlarının üzgüçülük yarışlarında 400 metr məsafəyə qarışıq üzmədə qızıl medal qazanan Oqtay Hüseynovun şəxsi məşqçisi Teymur Quliyev deyib.

Məşqçi qeyd edib ki, idmançısının uğur qazanması onu qürurlandırır: "Çox sevinirik ki, Azərbaycan Bayrağını ucaldıb, himnimizi səsləndirdik".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
1
azertag.az

2Источники