RU

YouTube Trampın hesabını dayandırdığına görə milyonlarla pul ödəyəcək

Oxumeni.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

YouTube Trampın hesabını dayandırdığına görə milyonlarla pul ödəyəcək

AP-nin məlumatına görə, videohostinq şirkəti YouTube 6 yanvar 2021-ci ildə Kapitoliyada baş verən iğtişaşlardan sonra ABŞ prezidenti Donald Trampın hesabının 2021-ci ildə müvəqqəti dayandırılması ilə bağlı qaldırdığı iddianı həll etmək üçün 24,5 milyon dollar (təxminən 41,65 milyon manat) ödəməyə razılaşıb.

Bu barədə “AP” xəbər agentliyi məlumat yayıb.

Müqavilənin şərtlərinə görə, bu məbləğin 22 milyon dolları Ağ Evin bal zalının tikintisinə cavabdeh olan “Trust for the National Mall” təşkilatına gedəcək. Qalan 2,5 milyon dollar isə yazıçı Naomi Volf və Amerika Mühafizəkarlar İttifaqı da daxil olmaqla, işin digər iddiaçıları arasında bölüşdürüləcək.

Prezident seçkilərinin nəticələrindən narazı qalan tərəfdarlarının Kapitol binasına basqın etməsindən sonra Trampın Facebook, Instagram, YouTube və Twitter hesabları bağlanıb. Sosial media rəhbərləri Trampın öz paylaşımları ilə hücuma göz yumduğu qənaətinə gəliblər.

Yanvar ayında “Meta Platforms” Tramp-ın Facebook hesabının dayandırılması ilə bağlı iddiasını həll etmək üçün 25 milyon dollar ödəməyə razılaşdı. X kompaniyası Trampın Twitter-ə qarşı iddiasını 10 milyon dollara ödəməyə razılaşıb.

Almaz Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
oxumeni.az

2Источники