RU

İsmət Səttarov: Media Forumu iki xalqın birliyinin bariz nümunəsidir

BAKI, 30 sentyabr. TELEQRAF

Azərbaycan və Özbəkistan xalqlarını sadəcə ortaq tarix və mədəniyyət deyil, eyni zamanda qardaşlıq, dostluq və bir-birinə bağlılıq duyğuları birləşdirir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda deyib.

O bildirib ki, bu gün burada keçirilən Forum da məhz həmin qardaşlığın bariz nümunəsidir.

“Bu münasibətlər dövlətlərimizin rəhbərlərinin şəxsi dostluğu və qardaşlığı sayəsində daha da güclənir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev xalqlarımız arasında əsrlərdən gələn dostluğu strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə qaldırıblar. Onların siyasi iradəsi nəticəsində ölkələrimiz bu gün bütün sahələrdə, o cümlədən media sahəsində yeni imkanlar əldə edib”, - o əlavə edib.

Избранный
31
13
teleqraf.com

10Источники