“Əmək sahəsində”standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK21) növbəti iclası keçirilib. Görüşün əsas mövzusu “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən təqdim edilən 13 yeni standart layihəsi olub. Layihələr müzakirə edilib və onların təsdiqi üçün müvafiq quruma təqdim edilməsi barədə rəy verilib.
Bundan əlavə, görüşdə 2025-ci il üzrə Fəaliyyət Planına uyğun olaraq nəzərdə tutulmuş 111 standartdan artıq qəbul olunmuş 63 standart barədə məlumat verilib və Komitənin digər fəaliyyət planları çərçivəsində hazırlanması nəzərdə tutulan standartlarla bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlər vurğulanıb, əməyin mühafizəsi sahəsində yeni standartların hazırlanması və təsdiqi üzrə tədbirlərin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.