RU

27 ev oyununda uduzmayan “Qalatasaray” “Liverpul”u qəbul edir

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

UEFA Çempionlar Liqasının II turunda “Qalatasaray” bu gün azarkeşlərinin önündə İngiltərə nəhəngi “Liverpul”u qəbul edəcək.

İdman.biz xəbər verir ki, görüş saat 23:00-da "RAMS Park"da başlayacaq.

Oyunu fransalı hakim Klement Turpen idarə edəcək.

İstanbul təmsilçisi ilk turda Almaniyada “Ayntraxt”a 1:5 hesabı ilə uduzsa da, bu dəfə doğma meydanda xal qazanmağı hədəfləyir. Zədəsini sağaldan Viktor Osimhen ilk dəfə Çempionlar Liqası matçına start heyətində çıxacaq. Lukas Torreyra da sağalaraq matçda oynaya biləcək.

“Cim-bom”un ən böyük üstünlüyü hər zamankı kimi azarkeşi olacaq – komanda son 27 ev oyununda uduzmayıb.

“Liverpul”a gəldikdə isə deyə bilərik ki, Premyer Liqanın son çempionu yay transfer pəncərəsində yarım milyard avrodan çox xərcləyərək heyətini gücləndirib. Ən diqqətçəkən transferlərdən ikisini göstərmək kifayət edir: Florian Virts (140 milyon avro) və Aleksander İsak (120 milyon avro).

İngilislər son turda Premyer Liqada “Kristal Palas”a 1:2 uduzublar, amma əsas hədəfləri 20 illik Çempionlar Liqası həsrətinə son qoymaqdır.

Bu qarşılaşmada diqqət çəkən digər məqamlarlardan biri də Barış Alper Yılmaz – Vircill van Deyk duelidir. EURO-2024-də onların mübarizəsi futbol ictimaiyyətində səs-küy yaratmışdı.

UEFA Çempionlar Liqası

II tur

30 sentyabr23:00. “Qalatasaray” - “Liverpul”

RAMS Park

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
1
icma.az

2Источники