Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az Report-a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Aydın Gülağa oğlu Nəcəfov Xəzər rayonu Bilgəh qəsəbəsi istiqamətində idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törədib.
Xəstəxanaya yerləşdirilən şəxs həkimlərin səyinə baxmayaraq ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.