RU

PSJ-nin müdafiəçisi: “Dünyanın ən yaxşı komandasıyıq”

PSJ-nin müdafiəçisi İlya Zabarni həm komanda yoldaşı Usman Dembelenin “Qızıl top” mükafatı, həm də Paris klubu barədə fikirlərini bölüşüb.

İdman.biz xəbər verir ki, futbolçu bu barədə "RMC Sport"a açıqlama verib.

Zabarni bildirib ki, Usman üçün "Qızıl top" mükafatı inanılmaz hadisədir: "Onun bu mükafata 100 faiz haqqı çatır. Bu, bizim üçün də çox xoş hissdir. Hesab edirəm ki, biz dünyanın ən yaxşı komandasıyıq”.

Qeyd edək ki, Zabarni Fransa çempionatında “Oser”lə görüşdə (2:0) PSJ forması ilə ilk qolunu vurub. Ukraynalı futbolçu yay transfer pəncərəsində Paris klubuna qoşulub və indiyədək Liqa 1-də 5 matçda oynayıb, bir qolun müəllifi olub. Növbəti turda PSJ “Lill”lə qarşılaşacaq.

İdman.biz

Избранный
16
1
idman.biz

2Источники