RU

"Barselona"nın sabiq prezidenti məhkəməyə çağırıldı

Barselona məhkəməsi klubun sabiq prezidenti Xosep Bartomeunu ifadə verməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə "El Mundo" məlumat yayıb.

O, transferlər zamanı çoxmilyonluq komissiyaların ödənilməsi işi üzrə ittiham olunan qismində məhkəməyə dəvət olunub.

İstintaq hazırkı prezident Xuan Laportanın şikayətindən sonra başlayıb. Laporta sələfini transferlərdə çoxmilyonluq komissiyalar ödəməkdə və bir sıra qanunsuz əməliyyatlarda ittiham edib. Klubun zərəri 30 milyon avro olaraq qiymətləndirilir.

İşdə adı hallananlardan biri 2018-ci ilin yayında “Bordo”dan alınan, sonradan “Zenit”ə satılan Malkomun transferidir. Həmin keçid üçün müqavilə üzrə 10 milyon avro komissiya ödənildiyi bildirilir.

Избранный
12
publika.az

1Источники