"Arsenal" tezliklə fransalı müdafiəçi Uilyam Saliba ilə yeni müqavilə imzaladığını elan edəcək.
Operativ Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində bildirib.
Mənbənin sözlərinə görə, müqavilə 2030-cu ilə qədər qüvvədə olacaq. Bütün sənədlər imzalanıb, sövdələşmə təsdiqlənib.
Saliba 2019-cu ildən "Arsenal"da çıxış edir. 24 yaşlı fransız bu mövsüm bütün turnirlərdə 6 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalı futbolçunun dəyərini 80 milyon avro qiymətləndirir.