futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Qazaxıstanın “Kayrat” klubunun futbolçusu Eqor Sorokin bu gün Çempionlar Liqasında “Real”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az TACC agentliyinə istinadən xəbər verir ki, müdafiəçi yaxşı nəticə üçün çalışacaqlarını deyib:
“Müsbət nəticəyə komanda işi və yüksək intizam hesabına nail ola bilərik. Şanslarımız mütləq olacaq və bundan istifadə etməliyik. Güclü sialhımız standart vəziyyətlərdir. Bunun hesabına qol vura biləcəyimizi düşünürəm.
Mbappeni saxlaya biləcəm? Müdafiə bir oyunçunun deyil, komandanın işidir. Hamımız ona narahatlıq yaratmaq üçün əlimizdən gələni edəcəyik”.
“Kayrat” – “Real” oyunu saat 20:45-də başlayacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.