RU

Zəfər xronikası. 30 sentyabr 2020-ci il: Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevə telefonla zəng edib

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il sentyabrın 30-da Avropa İttifaqı Şurasının PrezidentiŞarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevətelefonla zəng edib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel təmas xəttindəhərbi əməliyyatların başlamasından narahatlığını ifadə edib vəmünaqişənin sülh yolu ilə nizamlanmasının zəruri olduğunubildirib.

Dövlətimizin başçısı Ermənistanın Azərbaycana qarşı törətdiyi vəbu gün də davam edən növbəti hərbi təxribatı ilə bağlı vəziyyətbarədə məlumat verərək qeyd edib ki, sentyabrın 27-də Ermənistantərəfinin qoşunların təmas xətti boyu yaşayış məntəqələrimizi,hərbi birləşmələrimizin mövqelərini ağır artilleriya qurğularındanatəşə tutması nəticəsində 14 mülki şəxsimiz və hərbiqulluqçularımız həlak olublar. Prezident İlham Əliyev bildirib ki,Azərbaycan Ordusu buna cavab olaraq əks-hücum əməliyyatları həyatakeçirir. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan rəhbərliyişüurlu şəkildə danışıqlar prosesini pozur. Belə ki, Ermənistan başnazirinin "Dağlıq Qarabağ Ermənistandır" bəyanatı danışıqlarprosesinə ciddi zərbə vurub. "Azərbaycan Dağlıq Qarabağladanışıqlar aparmalıdır" bəyanatı isə danışıqlar formatınındəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və Minsk qrupununrəhbərliyi də bunu bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan Azərbaycanınişğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşlarınqanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da CenevrəKonvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır, hərbicinayətdir. Prezident İlham Əliyev bildirib ki, Ermənistan başnaziri hələ sentyabrın 27-si hərbi toqquşmalar baş verməzdən əvvəlon minlərlə könüllüdən ibarət hərbi birləşmələrin yaradılmasıbarədə qərar vermişdi. Bu, Ermənistanın növbəti təcavüzəhazırlaşması mənası daşıyırdı.

Dövlətimizin başçısı Ermənistanın hərbi təxribatı ilə bağlıhadisələrin gələcək inkişafına görə məsuliyyətin Ermənistanınsiyasi və hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.

Избранный
57
az.trend.az

1Источники