RU

Netanyahu Dohaya hücuma görə Qətərin Baş nazirindənÜZR İSTƏDİ

İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS rəhbərliyini məhv etmək məqsədilə Dohaya edilən son hücuma görə Qətərin Baş nazirindən üzr istəyib.

 

Bu barədə İsrail televiziyasının "12-ci kanalı" məlumat yayıb.

 

Netanyahunun Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Əl-Tani ilə telefon danışığı apardığı və sentyabrın 9-da Qətərin paytaxtına hücuma görə üzr istədiyi vurğulanıb.

 

Telekanala məlumat verən mənbə onu da bildirib ki, İsrailin Baş naziri hücumda Qətər təhlükəsizlik xidmətinin əməkdaşının ölümündən təəssüfləndiyini bildirib.

 

Xatırladaq ki, sentyabrın 9-da İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ABŞ-ın təklifi üzrə HƏMAS-ın Qəzza zolağında atəşkəslə bağlı danışıqlar apardığı Qətərin paytaxtı Dohaya bir neçə zərbə endirib. İsrail əməliyyatı "Atəş sammiti" adlandırıb. Sentyabrın 11-də Qətər ərəb və islam ölkələrinin fövqəladə sammitini çağırıb.

Избранный
53
12
senzor.az

10Источники