"Liverpul" klubu "Qalatasaray"a qarşı Çempionlar Liqası oyununa itki ilə çıxacaq.
Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisinin heyətində Federiko Kyesa zədələnib. Baş məşqçi Arne Slot italyan futbolçunun sıradan çıxdığını açıqlayıb. O, oktyabrın 5-də "Arsenal"a qarşı matçda da iştirak edə bilməyəcək.
Qeyd edək ki, "qırmızılar"ın heyətində Covanni Leoni də zədəlidir.
"Qalatasaray" - "Liverpul" oyunu 30 sentyabr Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.