Rusiyanın Sverdlovsk Vilayət Məhkəməsi Ural diyarındakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin həbsinə dair qərarı qüvvədə saxlayıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs Yekaterinburqun Verx-İsetski rayon məhkəməsinin çıxardığı həbs qərarından apellyasiya şikayəti verib. M.Şıxlinski bu il dekabrın 14-dək istintaq təcridxanasında qalacaq. O, polis əməkdaşına qarşı zorakılıq tətbiq etməkdə (Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci bəndi) ittiham olunur.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта