RU

Ağ Ev: Netanyahu Qətərə hücuma görə təəssüfünü ifadə edib

“İsrail Baş naziri Benyamin Netanyahu Qətərin Baş naziri ilə telefon danışığı zamanı İsrailin Qətərə endirdiyi zərbədə hərbçinin həlak olmasına görə dərin təəssüfünü ifadə edib”.

SİA xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb. Bildirilir ki, Ağ Evdə görüş zamanı ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə İsrailin Baş naziri Benyamin Netanyahu və Qətərin Baş naziri Mohammed bin Abdulrahman bin Cassim Al Tani ilə üçlü telefon danışığı baş tutub.

Vurğulanıb ki, Netanyahu İsrailin Qətərin suverenliyini pozduğuna görə təəssüfləndiyini və gələcəkdə bir daha belə bir hücumun olmayacağını bildirib.

Qətərin Baş naziri regional təhlükəsizlik və sabitliyə töhfə verməyə hazır olduğunu vurğulayıb.

Избранный
26
2
sia.az

10Источники