RU

Millimizin baş məşqçisi: “Komandanın oyunundan tam razı qalmadım”

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

II MDB Oyunlarında ilk qələbəsini Tacikistan üzərində qazanan (3:0) Azərbaycanın 15 yaşadək voleybolçularının baş məşqçisi Şahin Çatma Sportnet.az-a müsahibə verib.

– MDB oyunlarında ilk qələbənizi qazandınız. Təəssüratlarınızı necə bölüşərdiniz?

– Bizim əsas hədəfimiz təkcə bu oyun deyildi. Turnirdə nəticə qazanmaq üçün bu matçda mütləq qalib gəlməli idik. Komandanın oyunundan tam razı qalmadım. Əslində uşaqlar daha yüksək səviyyədə oynaya bilərlər. Sadəcə hələ çox həyəcanlıdırlar. Onlar 13-15 yaş qrupuna aiddirlər və bu həyəcanı hələ də üzərlərindən atmayıblar. Ancaq matç keçdikcə bunun öhdəsindən gələcəklərinə inanıram. Əsas hədəfimiz qarşıdakı Özbəkistanla görüşdür. Çünki medal uğrunda mübarizə aparmaq istəyirik. Qarşımıza çıxa biləcək potensial rəqiblərdən Belarus və ya Rusiya ilə qarşılaşa bilərik. Hədəfimiz medal qazanmaqdır. Bu birincilik də ola bilər, üçüncülük də, amma mütləq medal istəyi ilə oynayırıq.

– Komandanın hazırkı forması sizi qane edirmi?

– Onlar çox gəncdirlər. Təxminən 18 aydır birlikdə çalışırıq. Azərbaycanda uzun müddətdən sonra ilk dəfə altyapının inkişafına bu qədər önəm verildiyini görürəm. Burada görülən işlər asan deyil, çox vaxt görünməyən zəhmətdir. Əsas hədəfimiz milli komandaya oyunçu yetişdirməkdir. Amma bu turnirdə medal qazansaq, bizim üçün ikiqat sevindirici olacaq.

– Bu turnirdə əsas rəqib kimi hansı komandanı görürsünüz?

– Rusiya və Belarus voleybolda güclü komandalar hesab olunur. Amma heç bir matç oynamadan qazanılmır. Rəqib rəqibdir. Sən zəif oynasan, o, güclü görünəcək. Sən yaxşı oynasan, rəqibin adı qalmayacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
1
icma.az

2Источники