RU

Sumqayıt Sənaye Parkında ilk elektrik avtobusu buraxıldı - Bir dəfə şarjla 350 km gedir - FOTOLAR

Sumqayıt Sənaye Parkında "BYD" "Azerbaijan Energy Automotive Factory" MMC-nin istehsal etdiyi ilk elektrik avtobusu "BakuBus" MMC-yə təqdim olunub.

Yeni alınan elektrik avtobuslarının hər biri "BakuBus"a yarım milyon manata başa gəlib

FED.az xəbər verir ki. bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, artıq Sumqayıt Sənaye Parkında yerləşən "Azerbaijan Energy Automotive Factory"də (AEAF) istehsal prosesi başlayıb və artıq ilk avtobuslar SKD üsulu ilə yığımdan çıxıb.

İlk tam elektrik avtobusun "BakuBus" MMC-yə təqdim edilməsi ilə bağlı keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Çinin Azərbaycandakı səfiri Lu Mey, "BYD" şirkətinin baş direktoru Tian Çunlonq, "BakuBus" MMC-nin direktoru Şahin Həsənov və digər aidiyyəti şəxslər iştirak edib.

Bildirilib ki, ilk istehsal olunan 12 metrlik avtobus 82 sərnişin tutumuna malikdir və bir dəfə şarjla 350 km məsafə qət edə bilir. Gələcəkdə müxtəlif tutumlu modellərin, həmçinin paralel olaraq yük, kommunal və minik avtomobillərinin istehsalı istiqamətində təşəbbüslər reallaşdırılacaq.

Bu təşəbbüslər Azərbaycanın regionda ekoloji təmiz və dayanıqlı nəqliyyat sahəsində mövqeyini gücləndirir. Qeyd edək ki, "Azerbaijan Energy Automotive Factory" İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin inkişafı Fondunun, "SARDA Group" və "BYD"nin birgə təşəbbüsü ilə yaradılıb.

Избранный
9
7
fed.az

9Источники