RU

Cabir İmanovun vəfatına tanınmış simalardan kədər dolu PAYLAŞIMLAR

Azərbaycanın sevilən aktyoru, "Şən və Hazırcavablar Klubu" (ŞHK) komandasının üzvü, Əməkdar artist Cabir İmanovun vəfatı bütün sənət aləmini dərindən sarsıdıb.

Olaylar xəbər verir ki, tanınmış aktyor və aparıcı Fərda Xudaverdiyev Əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı dərin kədərini ifadə edib.

Fərda Xudaverdiyev bu acı xəbərlə bağlı sosial media hesabında yazıb.

O, Cabir İmanova müraciətlə "Bir tək olan Allah şahiddir və özün də bilirdin ki, səni nə qədər çox istəyirdim" deyərək, onların arasındakı qardaş münasibətini vurğulayıb.

Aktyor anasının vəfatından sonra Cabir İmanovun ona zəng edib təsəlli verməsini xatırlayaraq bu cümləni yazıb: "Nə bilərdik ki, cəmisi 8 gün sonra sən də Allahın rəhmətinə qovuşacaqsan, əziz qardaşım".

Həmçinin Azərbaycanın bir çox məşhur simaları öz kədərlərini sosial media hesablarından etdikləri paylaşımla bildiriblər.

Cabir İmanovun vəfat xəbəri sənət dünyasının digər tanınmış üzvlərini də dərindən təsirləndirib.

Müğənni Röya Ayxan bu xəbərə inanmaqda çətinlik çəkdiyini ifadə edərək, "Dünən bir yerdə idik.. bu gün isə. Dəli olmuşam, söz tapmıram" şəklində yazıb.

Xalq artisti Aygün Kazımova da dostunun itkisi ilə bağlı kədərini bölüşərək, "Əziz dostum. Bu çox ağır xəbər oldu. Hər zaman üzümüzü güldürən istedadlı insan, qəfil gedişin səni sevənləri çox üzdü. Allah rəhmət eləsin. Allah ailəsinə səbir versin" sözlərini qeyd edib.

Müğənni Abbas Bağırov isə bu xəbərin doğru olmamasını arzulayaraq, "Bu xəbər kaş doğru olmayaydı. Cabir İmanov Allah sənə rəhmət eləsin. Sən çox yaxşı insan, çox yaxşı dost idin" deyib.

Digər tanınmış simalar da İmanovun itkisindən duyduqları kədəri ifadə ediblər. Müğənni Nigar Camal "Çox pis oldum, Allah rəhmət eləsin!" yazıb, Eyyub Yaqubov və Rafael İsgəndərov da "Allah rəhmət eləsin" yazaraq mərhuma rəhmət diləyiblər. Nura Suri də eyni kədəri paylaşaraq, "Çox pis oldum bu xəbərə. Allah rəhmət eləsin" yazıb.

Cabir İmanov sənətdəki yaddaqalan rolları və istedadı ilə Azərbaycan incəsənət tarixində dərin iz buraxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
21
8
olaylar.az

9Источники