Musavat.com xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət işləri üzrə nümayəndəsi Rendi Koul “İllik Məzunlar Qalası”nda jurnalistlərə açıqlama verib.
Diplomat bildirib ki, ABŞ-da təhsil almış məzunların fəaliyyəti iki ölkə arasında əlaqələrin güclənməsində mühüm rol oynayır:
“Bu gün biz bu qalada ABŞ-da təhsil almış məzunları qarşılayırıq. Bunun üçün çox həyəcanlıyıq. Çünki, bu məzunlar ABŞ hökumətinin Azərbaycan xalqı ilə əlaqələr qurmasına kömək edir”.
Rendi Koul əlavə edib ki, xüsusilə avqustun 8-də ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə əldə olunmuş sülh razılaşmasından sonra Azərbaycanla münasibətlər daha da əhəmiyyət qazanıb:
“Azərbaycanın Gəncə, Lənkəran, Şəki və digər şəhərlərində olan məzunlar sülh razılaşmasını reallığa çevirmək üçün çox vacib rol oynayır”, – deyə diplomat vurğulayıb.
Musavat.com