Əməkdar artist Cabir İmanovla vida mərasimi sabah saat 12:30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində olacaq.
"Unikal" Report-a istinadən xəbər verir ki, bu barədə aktyorun sənət dostu Murad Dadaşov məlumat verib.
O bildirib ki, vida mərasiminin ardınca cənazə Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığına aparılacaq və orada dəfn olunacaq.
Qeyd edək ki, Cabir İmanov sentyabrın 30-da günorta saatlarında vəfat edib.