RU

AGF və MOİK arasında əlaqələr genişləndiriləcək

Bu gün Azərbaycan Güləş Federasiyası (AGF) və Mərkəzi Ordu İdman Klubu (MOİK) arasında görüş keçirilib.

İdman.biz bildirir ki, görüş zamanı AGF və MOİK arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Milli komanda üzvlərinin həqiqi hərbi xidmət dövründə MOİK-ə cəlb edilməsi meyarlarıyla bağlı fikir mübadiləsi aparılıb. Bundan başqa, MOİK-in güləş zalının təkmilləşdirilməsi, birgə layihələrin həyata keçirilməsi istiqamətində danışıqlar aparılıb.

Qeyd edək ki, hal-hazırda milli komandaların bir neçə məşqçisi və idmançısı, o cümlədən son dünya çempionu Ülvü Qənizadə MOİK-in üzvüdür.

İdman.biz

Избранный
2
3
idman.biz

4Источники