RU

La Liqanın oyunu yağış səbəbindən təxirə düşüb

İspaniya çempionatının 7-ci turunun bu günə planlaşdırılan “Valensiya” – “Ovyedo” matçı güclü yağış səbəbindən ləğv edilib.

İdman.biz-in İspaniya Kral Futbol Federasiyasına (RFEF) istinadən verdiyi məlumata görə, qarşılaşma sentyabrın 30-na təxirə salınıb.

İspaniya Meteorologiya Agentliyi (AEMET) Valensiya üçün "qırmızı xəbərdarlıq" elan edib. Oyun bu səbəbdən keçirilməyib.

“Hava şəraiti iştirakçıların və tamaşaçıların təhlükəsizliyinə imkan verərsə və rəsmi qurumlar qırmızı həyəcan siqnalını ləğv edərlərsə, matç sentyabrın 30-da baş tutacaq”, - RFEF-in açıqlamasında deyilir.

İdman.biz

Избранный
11
1
idman.biz

2Источники