RU

Şahin Çatlı: Hədəfimiz medal qazanmaqdır

“Bizim əsas hədəfimiz təkcə bu oyun deyildi. Turnirdə nəticə qazanmaq üçün bu matçda mütləq qalib gəlməli idik”.

Teleqraf xəbər verir ki, bunu 15 yaşadək qızlardan ibarət Azərbaycanın voleybol millisinin baş məşqçisi Şahin Çatma III MDB Oyunlarının B qrupunda Tacikistan yığmasını 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, komandasının oyunundan tam razı qalmadığını söyləyib: “Əslində uşaqlar daha yüksək səviyyədə oynaya bilərlər. Sadəcə hələ çox həyəcanlıdırlar. Onlar 13-15 yaş qrupuna aiddirlər və bu həyəcanı hələ də üzərlərindən atmayıblar. Ancaq matç keçdikcə bunun öhdəsindən gələcəklərinə inanıram. Hədəfimiz qarşıdakı Özbəkistanla görüşdə qələbə qazanmaqdır. Çünki medal uğrunda mübarizə aparmaq istəyirik. Qarşımıza çıxa biləcək potensial rəqiblərdən Belarus və ya Rusiya ilə qarşılaşa bilərik. Hədəfimiz medal qazanmaqdır. Bu birincilik də ola bilər, üçüncülük də, amma mütləq medal istəyi ilə oynayırıq”.

Избранный
45
2
teleqraf.com

3Источники